Gəncə şəhər Endokrinoloji xəstəxananın açılışı olub FOTO

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Endokrinoloji xəstəxanada əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Açılış mərasimində səhiyyə işçiləri, KİV və ictimaiyyət nümayəndələri iştirak edib.

Gəncə RİH-dən SİA-ya verilən məlumata görə. İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün xəstəxanalar və poliklinikalar əsaslı təmir edilir, müasir avadanlıqlarla təchiz olunur. Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası, İnfeksion Xəstəliklər Xəstəxanası, 6 saylı şəhər Poliklinikası, Stomatoloji Poliklinikanın əsaslı təmir olunduqlarını xatırladan Elmar Vəliyev bu işlərin müntəzəm olaraq davam edəcəyini vurğulayıb.

Endokrinoloji xəstəxanaya baxış keçirildikdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev burada yaradılan şəraiti yüksək qiymətləndirərək öz tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, 2016-cı ilin noyabr ayından Gəncə şəhər Endokrinoloji xəstəxanasında əsaslı təmirə başlanılıb. Əsaslı təmirdən sonra burada keyfiyyətli tibbi xidməti göstərmək üçün hər cür şərait yaradılıb və xəstəxana müasir standartlara cavab verən avadanlıqlarla təmin olunub. 25 çarpayılıq endokrinoloji-terapevtik, 15 çarpayılıq endokrinoloji-cərrahiyyə şöbələri, stomatoloji kabinet, klinik və biokimyəvi laboratoriya və mətbəxdən ibarət olan xəstəxanada “Diabet məktəbi” fəaliyyət göstərir. Burada 11 həkim, 26 tibb bacısı, 17 kiçik tibb və texniki işçi heyət xəstələrə xidmət göstərəcək Gəncə şəhər Endokrinoloji xəstəxanasında 14 palata, 2 əməliyyat otağı, 4 sanitar qovşağı, 2 dəhliz, 2 mətbəx, pilləkən qəfəsi, 9 həkim otağı, konfrans zalı, inzibati bölmə və s. əsaslı təmir olunaraq müasir tələblərə cavab verən səviyyəyə çatdırılıb. Müasir istilik sistemi mövcud olan xəstəxanada su, kanalizasiya, elektrik və digər kommunikasiya xətləri yenilənmiş, yanğına qarşı xəbərverici cihazlar quraşdırılıb.

Bildirək ki, il ərzində xəstəxanaya Gəncə şəhərindən və ətraf rayonlardan 400-dək xəstə daxil olur, 40-dək cərrahi əməliyyat aparılır.

Gəncə şəhər Endokrinoloji xəstəxananın əsaslı təmirdən sonra açılışı olub

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Endokrinoloji xəstəxanada əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Açılış mərasimində səhiyyə işçiləri, KİV və ictimaiyyət nümayəndələri iştirak edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün xəstəxanalar və poliklinikalar əsaslı təmir edilir, müasir avadanlıqlarla təchiz olunur. Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası, İnfeksion Xəstəliklər Xəstəxanası, 6 saylı şəhər Poliklinikası, Stomatoloji Poliklinikanın əsaslı təmir olunduqlarını xatırladan Elmar Vəliyev bu işlərin müntəzəm olaraq davam edəcəyini vurğulayıb.

Endokrinoloji xəstəxanaya baxış keçirildikdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev burada yaradılan şəraiti yüksək qiymətləndirərək öz tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, 2016-cı ilin noyabr ayından Gəncə şəhər Endokrinoloji xəstəxanasında əsaslı təmirə başlanılıb. Əsaslı təmirdən sonra burada keyfiyyətli tibbi xidməti göstərmək üçün hər cür şərait yaradılıb və xəstəxana müasir standartlara cavab verən avadanlıqlarla təmin olunub. 25 çarpayılıq endokrinoloji-terapevtik, 15 çarpayılıq endokrinoloji-cərrahiyyə şöbələri, stomatoloji kabinet, klinik və biokimyəvi laboratoriya və mətbəxdən ibarət olan xəstəxanada “Diabet məktəbi” fəaliyyət göstərir. Burada 11 həkim, 26 tibb bacısı, 17 kiçik tibb və texniki işçi heyət xəstələrə xidmət göstərəcək Gəncə şəhər Endokrinoloji xəstəxanasında 14 palata, 2 əməliyyat otağı, 4 sanitar qovşağı, 2 dəhliz, 2 mətbəx, pilləkən qəfəsi, 9 həkim otağı, konfrans zalı, inzibati bölmə və s. əsaslı təmir olunaraq müasir tələblərə cavab verən səviyyəyə çatdırılıb. Müasir istilik sistemi mövcud olan xəstəxanada su, kanalizasiya, elektrik və digər kommunikasiya xətləri yenilənmiş, yanğına qarşı xəbərverici cihazlar quraşdırılıb.

Bildirək ki, il ərzində xəstəxanaya Gəncə şəhərindən və ətraf rayonlardan 400-dək xəstə daxil olur, 40-dək cərrahi əməliyyat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə