Azərbaycanda böyrək köçürülən xəstələrin sayı açıqlanıb

"Bu zamana qədər Azərbaycanda 107 xəstəyə qaraciyər, 356 xəstəyə isə böyrək köçürülüb". SİA-nın xəbərinə görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi deyib.

Əsas problemlərdən birinin xəstələrin xaricə üz tutmasının olduğunu dilə gətirən şöbə müdiri söyləyib ki, əvvəllər xəstələrin 40 faizi xaricə gedib qayıdanlar idisə, hazırda xəstələrin 95 faizi ölkədə müalicə almağa üstünlük verir: "Digər faiz isə seçimində sərbəstdir".

M. Kazımi meyitlərdən orqan köçürülməsi işinin təşkili ilə bağlı problemlərdən də söz açıb: "Hazırda bu, ölkəmizdə mümkün deyil. Çünki, Azərbaycanda yalnız qohum donorların orqanlarından istifadə olunur. Lakin meyitlərdən orqan köçürülmə prosesləri üçün qanunvericiliyə dəyişikliklər edilməsi məsələsi müzakirə olunur".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə