Saçların tez-tez rənglənməsi qara ciyər xəstəliklərinə səbəb olur

Qərbi Avropa alimlərinin tədqiqatları göstərir ki, saçların tez-tez rənglənməsi qara ciyər xəstəliklərinə səbəb olur. Belə ki, saçların ayda bir dəfədən artıq rənglənməsi 5-7 ildən sonra qara ciyər xəstəliklərinin yaranmasına gətirib çıxarır. Boyaların tərkibindəki zəhərli maddələr orqanizmə müntəzəm olaraq daxil olur və ilk vaxtlar özünü heç nə ilə büruzə vermir.

Tədqiqatçıların fikrincə, bu maddələr qara ciyər serrozu, xroniki leykemiya kimi ağır xəstəliklərin törədicilərinə çevrilə bilərlər. Boyanın saçları ev şəraitində rəngləmək üçün, yaxud peşəkar boya olmasının heç bir fərqi yoxdur, çünki zərərli maddələr Avropa və MDB ölkələrində istehsal olunan bütün boyalarda aşkar edilmişdir. Tünd rəngli boyalar daha təhlükəlidirlər. Onlar follikulyar limfoma yaranması riskini artırır.

Bütün xəbərlər Facebook səhifəmizdə