Bu meyvələr mövsümi allergiyaya qarşı əsl dərmandır!

Mövsümi allergiya immunitet sisteminin bəzi maddələrə qarşı sərt reaksiya göstərməsi ilə büruzə verir. Belə ki, alleriya bu maddələri qoxuladıqda ümumilikdə burunda qaşınma, yanma, axma, göz qapaqlarında şişmə, quru öskürək və baş ağrısı kimi simptomlarla müşahidə olunur. Orqanizmi allergiyaya qarşı qoruyarkən həkimin yazdığı dərmanlar istisna olmaqla, bəzi təbii məhsullardan da istifadə edə bilərsiniz.

Rəngli meyvələr

Rəngli meyvələr antioksidan baxımdan olduqca zəngindirlər. Bu kateqoriyaya daxil olan meyvələrin sayəsində infeksiya və xəstəliklərə qarşı mübarizə sistemi güclənir. Məlumdur ki, C vitamini allergiya simptomlarını azaldır. Sitrus və xüsusilə də kividə bol miqdarda olan C vitamini mövsümi allergiyadan əziyyət çəkənlər üçün əsl dərmandır.

Yaşıl tərəvəzlər

Mevyələr kimi rəngli tərəvəzlər də antioksidantlarla boldur. Araşdırmalar göstərir ki, qırmızı dolmalıq bibərlərin bir porsionunda meyvələrlə müqayisədə daha çox C vitamini var. C vitamini xüsusi olaraq dolmalıq bibərlər, brokoli, brüksel kələmi və kələmin tərkibində olur. Tərəvəzlərin çoxuna rəng verən maddə - kversetin (antioksidant) də yuxarı tənəffüs sistemi yollarında narahatlıq və göz yaşarması kimi mövsümi allergiyanın simptomları arasında yer alan xəstəliklərin müalicəsində çox yaxşı vasitələrdən biri hesab olunur. Kversetin gül kələmi, soğan və kələmin tərkibində bol miqdardadır.

Yoqurt və qatıq

Süd məhsulları arasında yoqurt və qatıq probiotiklərdən ibarətdir. Probiotiklər xüsusilə sinir sistemində yaşayan bakteriyalar mühitini təmin edir.

Yağlı balıqlar

Yağlı balıqlar omega-3 yağ turşuları baxımından ən zəngin məhsuldur. Omega-3 yağ turşuları mövsüm allergiyalarını yüngülləşdirməkdə mühüm rol oynayır. Bu balıqlar arasında qızıl balıq, ton balığı, sardina və xanı balığı məsləhət görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə