Şöbə müdiri: "Bu il həşəratlardan zəhərlənmə halı azdır" AÇIQLAMA

"Cari ilin aprel ayından hazırki dövrə qədər 13 nəfəri ilan sancıb". Bu barədə SİA-ya Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

O bildirib ki, iyun ayında 1 nəfəri qara qurd hörümçəyi, 2 nəfəri isə əqrəb sancıb: "Ümumiyyətlə, havalar istiləşdikdə hörümçəyin bir növü olan qara qurddan və sarı, qara əqrəblərdən zəhərlənmə halları olur. Buna görə insanlar daha ehtiyatlı olmalı, özlərini həşəratlardan qorumalıdırlar. Bu il havalar sərin keçdiyindən müraciətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır".

Şöbə müdirinin sözlərinə görə, qara qurddan və sarı, qara əqrəblərdən zəhərlənmə halları ilə bağlı müraciətlər daha çox Bakı ətrafı kəndlərdən daxil olur: "Qara qurd və sarı, qara əqrəblər Azərbaycana 7-8 il əvvəl meyvə-tərəvəzlərlə Orta Asiyadan gəlib və həmin vaxtdan da onlardan sancmalar qeydə alınır. Qara qurddan və sarı, qara əqrəblərdən sancma halları əsasən, iyun, iyul, avqust aylarında müşahidə edilir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə