Xəbərdarlıq: Ağrıkəsici həblər xərçəng xəstəliyi yaradır

Alimlərin qənaətinə görə, uzun müddət ağrıkəsici həblər qəbul edən insanlarda böyrək xərçəngi riski üç dəfə artır. Bostondakı Harvard Universitetinin alimlərinin 125 min insan üzərində apardıqları tədqiqatlar göstərir ki, iltihaba qarşı ibuprofen həbini 10 ildən çox istifadə edən insanlarda böyrək şişləri təhlükəsi üç dəfə artır.

Tədqiqatlar nəticəsində o da bəlli olub ki, reseptsiz satılan ağrıkəsici həblərin mütəmadi istifadəsi böyrək xərçənginin inkişafını 51 faiz artırır. Lakin 10 ildən artıq bu həbləri qəbul edənlər böyrək-əzələsi karsimonu – bir çox hallarda böyrək xərçənginə üç dəfə daha çox tutulurlar. Söhbət son zamanlar ürək-damar və Alsqeymer xəstəliyində iltihaba qarşı profilaktik istifadə olunan həblərdən gedir. Məlum olduğu kimi, sadəcə aspirinin istifadəsi təhlükəsiz sayıla bilər. Harvard Universitetinin alimləri 20 il ərzində aspirin və başqa həblərdən istifadə edən 77 min 525 nəfər kişi və 49 min 403 qadın üzərində tədqiqat aparıblar. Onlardan 333-də böyrək xərçəngi inkişaf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə