Füzulidə yaralanan qadın başqa xəstəxanaya köçürülüb RƏSMİ MƏLUMAT

İyulun 4-də ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva bu gün yerləşdiyi hərbi hospitaldan Füzuli Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Horadiz Şəhər Xəstəxanasına köçürülüb. Bu barədə SİA-ya Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov məlumat verib.

Baş həkimin sözlərinə görə, xəstənin vəziyyəti stabildir: "Yaralının bədənindəki bütün qəlpələr çıxarılıb. Təkrar əməliyyatın aparılmasına ehtiyac yoxdur. Xəstənin vəziyyəti stabildir və hazırda xəstə ciddi nəzarət altında saxlanılır".

Məlumat üçün nəzərinizə çatdıraq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə