Bu gün Füzulidə yaralananın səhhəti ilə bağlı qərar veriləcək RƏSMİ

Ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Sərvinaz Quliyevanın səhhəti ilə əlaqədar bu gün həkimlərin konsiliumu keçiriləcək. Konsiliumda xəstənin hazırda yerləşdiyi hərbi hospitaldan köçürülməsi məsələsinə baxılacaq və bununla bağlı qərar veriləcək". Bunu SİA-ya Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.

S.Quliyevanın Füzuli Rayon Mərkəzi Xəstəxanasına köçürülməsinin nəzərdə tutulduğu deyən baş həkim hazırda xəstənin vəziyyətinin stabil olduğunu dilə gətirib.

Xatırladım ki, iyulun 4-də erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutublar və nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə