Ana ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyi doğum evində baş verən ana ölümü ilə bağlı açıqlama verib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hadisə ötən gün qeydə alınıb.

Belə ki, Türanə Məmmədova Xroniki Qepoksiya diaqnozu ilə 7 saylı doğum evinə daxil olub. Həmin gün saat 12:30-da qeysəriyyə kəsiyi ilə əməliyyat aparılmış 3 kilo 300 q çəkidə diri oğlan uşağı azad olub. Əməliyyatdan sonra uşaqlıqda kəskin qanaxma başlamışdı. Bütün lazımi reanimasiyon tədbirlər görülüb. Görülən tədbirlərə baxmayaraq, zahılıq dövrünün birinci sutkasında Türanə Məmmədovada bioloji ölüm baş verib. Meyitin patoloji anatomik müayinəsi təşkil edilib. Hazırda nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır. Nəticələr məlum olandan sonra açıqlama veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə