Ermənlərin atəşi nəticəsində yaralanan qadınla bağlı SON XƏBƏR

"Ötən gün ermənlərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının vəziyyəti hazırda normal olaraq qiymətləndirilir". Bunu SİA-ya Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.

O bildirib ki, döş qəfəsinin qəlpə yarası ilə hərbi hospitala gətirilən yaralı əməliyyat olunub: "Hazırda xəstənin vəziyyəti stabildir və həyatı təhlükəsi yoxdur. Ola bilsin xəstə bir həftəlik müalicədən sonra evə yazılsın".

Məlumat üçün nəzərinizə çatdıraq ki, ötən gün Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə