Diqqət: Şəkər antibiotiklərin təsirini gücləndirir

Alimlərin qənaətinə görə, şəkər yoluxucu xəstəliklərin müalicəsi zamanı antibiotiklərin təsirini gücləndirir. Onlar müəyyən ediblər ki, şəkərin komponentləri (qlükoza və fruktoza) infeksiya törədicilərini zəiflədir və onları antibiotiklərin təsirinə həssas edir.

Bəzi hallarda patogen mikroorqanizmlər o qədər zəifləyir ki, antibiotiklərə qarşı davamlı olur. Yoluxucu xəstəliklər tez-tez remissiya mərhələsinə keçir, lakin sonra şiddətlənir.

Boston Universitetinin əməkdaşları müəyyənləşdiriblər ki, şəkərin antibiotiklərlə birgə qəbulu antibiotiklərin təsirini gücləndirir. Onlar fərziyyələrini mədə çöplərində yoxlayaraq aşkar ediblər ki, 120 dəqiqəyə faktiki olaraq bütün patogen mikroorqanizmləri məhv etmək mümkündür. Eyni zamanda şəkərsiz sınaqdan keçirilən antibiotiklər müsbət nəticələr verməyib.

Hazırda tədqiqatçılar müəyyənləşdirməyə çalışırlar: şəkər vərəm xəstəliyinin müalicəsinə kömək edə bilərmi?

Bütün xəbərlər Facebook səhifəmizdə