Bakıda ayaqyalın yay dəfiləsi FOTOLAR

Bakıda "Excelsior" otelində "FMS Models" Agentliyi tərəfindən təşkil olunmuş Summer Party keçirildi. Lyubov Qutorova – FMS Models agentliyinin rəhbəri və bir neçə faşn-layihələrin təşkilatçısı olan "Baku Fashion Night" Azərbaycan dizaynerlərinin yeni adlarını açıqlamaqda davam edir. Summer Party proqramının bir hissəsi gənc Azərbaycan dizayneri Fatimə Kəngərlinin moda nümayişi oldu. Maraqlıdır ki, model-qızlar hovuzun ətrafında podiumda ayaqyalın gəzirdilər, bu da dəfiləyə xüsusi maraq doğururdu.

Gecəni Sədaqət Rəşidqızı və Lətafət Ələkbərova aparırdı."Hazırda həm Azərbaycan, həm də xarici ölkə dizaynerlərinin iştirakı ilə eyni vaxtda bir neçə faşn-layihəyə hazırlıq gedir. Layihələrə sentyabr ayından başlayaraq ilin sonuna qədər start veriləcək", - deyə FMS Models-in rəhbəri Lyubov Qutorova qeyd etdi. Keçirilməsi sentyabr ayının sonuna planlaşdırılmış "The Most stylish one" birinci olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə