Yay ayları qədər qış aylarında da saçlar önəmlidir

Qışda ağırlaşan hava, yağış, qar və soyuq saçların həm sağlam quruluşunu itirməsinə, həm də daha çox baxıma ehtiyac duymasına səbəb olur. Qışda saç baxımına diqqət etmək lazımdır. Külək və hava nəmliyinin azalması ucbatından saç dərinizin və saçlarınızın quruması baş verir. Bu problemin qarşısını almaq üçün saçlarınızı isti saxlamanız, papaq taxmanız məsləhətdir. Ancaq bu papaqların çox dar olmaması saçların nəfəs alması və qan dövranının yaxşı işləməsi baxımından önəmlidir. Qış aylarında daha çox isti su altında duş qəbul edilir. Saçların da isti suyla yuyulması yanlışdır. Saç dərisinin qurumasına və saçların tökülməsinə səbəb olur. Hamamdan sonra çox isti hava verən saç fenləri istifadə etməkdən qaçmalısız.

Xalq təbabəti deyilən və nəyə təsir edəcəyini bilmədiyiniz qarışımları saçlarınıza tətbiq etməyin.

Saçınıza uyğun kremlərdən istifadə edin. Saçınızı tez-tez yumayın. Həftədə 2-3 dəfə yumanız saçların sağlam və baxımlı olması üçün yetərlidir.

loading...