Qısa zamanda gözəlləşdirən üsullar

Artıq yeni ilə 2 aydan da qısa zaman qalıb. Bayramda cazibədar olmaq üçün indidən hazırlıqlara başlamaq lazımdır.

Bəs nə etməli?

Evdə asan başa gələn prosedurları oxucularına təqdim edirik.

Əllər üçün parafinoterafiya

Salonlarda bu prosedur bahadır. Evdə isə demək olar ki, qəpik quruşdur. Bunun üçün sizə bir çay qaşığı kakao yağı, 1 çay qaşığı dəniz duzu və 4 qaşıq zeytun yağı, 1 xörək qaşığı arı mumu (parafin də ola bilər) lazımdır.

Buxar vannasında mumu əridin, ora digər maddələri əlavə edin. Tam əriyib qarışana kimi qaışdırın. istifadədən əvvəl əllərinizə skrab sürtün, su ilə yuyun. Sonra əllərinizi bir neçə dəfə bu qarışıma batırın və polietilen əlcək, onların üstündən isə isti əlcək taxın. 15 dəqiqə saxlayın. Bu prosedurdan ayaqlar üçün də yararlanmaq olar.

Süd turşusu ilə pilinq

Dünyanın ən gözəl qadınlarından olan Sindi Krouford gözəllik sirrinin soyuducuda gizli olduğunu deyib. Bu süd məhsullarıdır. Onların tərkibində olan turşular dərini təbii olaraq soyur, onu quruluq və ölü hüceyrələrdən azad edir, parlaqlıq qazandırır. Əbəs yerə süd məhsullarından kosmetik vasitələrinin tərkibində belə çox istifadə edilmir. Ev şəraitində bu məshullardan istifadə demək olar ki, pulsuzdur.

Məsələn, yüksək yağlılığı olan qatığı üzə çəkin və 15 dəqiqə saxlayandan sonra yuyun.

Antisellülit masajı

Qarında edəcəyiniz banka masajı həm ucuz, həm də daha effektiv nəticə verə bilər. Bunun üçün sizə apteklərdə satılan xüsusi slikon və ya plastik bankalar, bir az masaj yağı lazım olacaq.

Bankaları bədənə yapışdırıb vakkum yaradın. Onları bir hissədə ətrafa sürüşdürün. Qarında bu hərəkətlər saat əqrəbi, ayaqlarda isə əksinə olur. Prosedur 40-50 dəqiqə davam edir.

Amma qan xəstəliyi, xoş və ya bədxassəli şişdən əziyyət çəkənlərə bu masaj əksgöstərişdir.

Göz altında təmizlik

Siz Hollivud məşhurlarını heç zaman gözlərinin altı göyərmiş, torbalı görə bilmərsiniz. Düzdür onlar salon prosedurlarından kifayət qədər çox istifadə edirlər. Amma ev maskalarından da yan keçmirlər. Məsələn, Sandra Ballok gemaroy üçün nəzərdə tutulan mazdan istifadə edir. Sən demə belə mazın tərkibindəki maddələr qaralmaları azaldır.

Şaftalı yağı

Bu meyvənin yağı barədə çox adamın xəbəri yoxdur. Amma bu yağın gəncləşdirmə effekti var. Tərkibində çox miqdarda B vitamin qrupu (dərini ağardan), А (hüceyrələri qoruyur), Е və С (antioksidant), eləcə də minerallar var.

Fırçalayın

Hamama girməmişdən öncə sellülitli sahəni adi fırça ilə sürtün. Bu qan dövranını yaxşılaşdıracaq və dərini canlandıracaq.

Bayramqabağı gözəl bədən

Bədən ölçülərinizi ideallaşdırmaq üçün indidən hazırlığa başlayıb. İlk olaraq un, şəkər, yağ məmulatlarınızı həyatınızdan çıxarın. Çox qısa zamanda yüngüllük hiss edəcəksiniz. Suyun və idmanın yerini artırın.

Bütün xəbərlər Facebook səhifəmizdə