Ən böyük fotoaparatlar sərgisi açılıb

Yaponiya paytaxtının yaxınlığında yerləşən Yokohama şəhərində Asiyada ən böyük fotoaparatlar sərgisi açılıb.

Sərginin ziyarətçiləri son illərin ən müasir fotoaparat modelləri ilə tanış olmaq imkanı qazanıblar. Burada, həmçinin yüksək həllə malik fotoavadanlıqla təchiz edilmiş və fotoşəkili çox dəqiq çəkməyə imkan verən 4K modelləri də nümayiş etdirilir. .

Son illər kamera ilə təchiz edilmiş smartfonlara görə, fotoaparatlar bazarı geriləməkdə davam edir.

Hər il təşkil olunan Yokohama sərgisində bu il fotoaparat istehsal edən 115 şirkət və sənaye assosiasiyası təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə