ATV telekanalında yayımlanan "Özünə bax" zövq yarışmasının final gecəsi baş tutub. SİA-nın məlumatına görə, "Biznes-ledy" titulunun sahibi olan Ruhi Əliyevanın rəhbərliyi ilə keçirilən qala gecədə müsabiqənin qalibinə avtomobil hədiyyə olunub. İkinci yerin sahibəsi isə Ruhinin təqdim etdiyi brillant qaşlarla bəzədilən zinət əşyasına sahib olub. Müsabiqənin üçüncüsü isə xaricə iki nəfərlik səyahət udub.

Mərasimin ən diqqət çəkən məqamlarından biri Türkiyədən Azərbaycana özəl qonaq kimi dəvət olan tanınmış stilist və dizayner Hakan Akkayanın münsif kürsüsündə əyləşməsi olub. Ruhi Əliyevanın dəvəti ilə gələn Hakan, ən zövqlü geyinən xanımın seçilməsində yaxından iştirak edib. Bununla yanaşı, gecədə onun şəxsi kolleksiyasının nümayişi də baş tutub.

Tamaşaçıların alqışlarına səbəb olan daha bir məqam isə müsabiqənin digər münsifi- tanınmış müğənni Zamiq Hüseynovun Hakan Akkayanın kolleksiyasına müraciət etməsi olub. Belə ki, o, Hakanın gətirdiyi qırmızı kostyumla səhnəyə çıxaraq özəl geyimini təqdim edib.

Onu da qeyd edək ki, münsiflər həyətinin digər üzvləri sırasında aparıcı Nərgiz Cəlilova, stilist Fuad Hacıyev, "Nərgiz" jurnalının baş direktoru Könül Nağıyeva, modelyer Afaq İsmailzadə və Leyla Əhmədova da var idi.

Mərasimin aparıcıları da gecəni fərqli şəkildə idarə ediblər. Əsas aparıcı qismində Nanə Ağamalıyeva idi. Xanım aparıcı dörd kişi həmkarının- Azər, Rüfət, Şəhriyar və Cavidin əhatəsində final mərhələsini idarə edib.

Gecə başa çatdıqdan və avtomobil öz sahibini, yəni Aygün xanımı tapdıqdan sonra qapalı ziyafət təşkil olunub.

Hər iki mərasimdə baş verənləri təqdim etdiyimiz fotosessiyadan izləyə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə