Xaçmaz rayonunun Ləcət kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evdə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın baş vermiş evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə