Yevlaxda xəstəxanada yanğın olub

Yevlaxda xəstəxanada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb. Yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə