Əfqanıstanda partlayış 30 yaralı

Əfqanıstanın Pərvan əyalətinin Baqram bölgəsində NATO qüvvələrinin karvanı yaxınlığında avtomobilin partlaması nəticəsində ən azı 30 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zərəçəkənlərin hamısının mülki şəxslərdir.

NATO-nun Əfqanıstandakı sülhməramlı missiyası tərəfindən verilən bəyanata görə, partlayışın hədəfi karvan deyil, ABŞ və NATO-nun Əfqanıstandakı qüvvələrinin Baqram Hava Bazasının yaxınlığında yerləşən ən böyük tibb müəssisəsi olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə