Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb.

1976-cı il təvəllüdlü Ağalarov Əli Mirqubad oğlu naməlum şəxslə mübahisə zəminində bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin və belin sağ nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə