Özbəkistanın cənubunda 4.5 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkan Daşkənddən 191 km aralıda 18 km dərinlikdə qeydə alınıb.

Yeraltı təkanlar Özbəkistanın digər ərazilərində də hiss olunub. Gülüstan, Səmərqənddə yeraltı təkanlar 3 bal gücündə qeydə alınıb.

Xatırladaq ki, dekabrın 3-də Daşkənddən 542 km cənubda Əfqanıstan ərazisində 5.2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Səmərqənd, Qarşi və Termezdə hiss olunurdu.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə