Güclü külək səbəbindən 57 yaşlı kişinin başına daş düşüb

Bakının Binəqədi rayonunda bədbəxt hadisə zamanı 1 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Dərnəgül qəsəbəsində baş verib.

1962-ci il təvəllüdlü Əkbərov Ələsgər Əkbər oğlu yaşadığı evin yaxınlığında küçədə gedərkən başına daş düşüb. O, beyin silkələnməsi diaqnozu ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə