Samuxda itlər qoyun sürüsünü parçaladı - FOTOLAR

Samux rayonunun Çobanabdallı kəndindəki fərdi təsərrüfatlardan birinə hucum edərək orada saxlanılan xırdabuynuzlu heyvanlara xəsarət yetirib.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə vaxtı evdə olmayan təsərrüfat sahibi sonradan gəlib gördüklərinə inanmayıb. "Hasardan bəri keçəndə məni itlər sürüsü qarşıladı. Özümü yeyirdilər. Zorla özümü küçəyə atdım. Təzədən yaba götürüb qovalamışam. İçəri girəndə gördüm ki, heyvanlar hamısı viran gündədir, yaralıdır".

Məlumat üçün bildirək ki, təsərrüfat sahibi İltifat Abdullayev zərər çəkən heyvanları özünüməşğulluq proqramı çərçivəsində əldə edib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...