Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cəfərxanlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində həmin kəndin sakini, 1979-cu il təvəllüdlü Paşayev Fariz Əyyub oğlu xəsarət alıb. Yaralıya xəstəxanada müvafiq tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə