Tovuz rayonunda müəmmalı ölüm - FOTOLAR

Tovuz rayon sakini evində ölü tapılıb. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, Öysüzlü kənd sakini 1975-ci il təvəllüdlü Nəbiyev Mayıl Fedir oğlu evdə ölü tapılıb. Bildirək ki, 44 yaşlı şəxs evdə tək yaşayırmış. Hadisə yerinə baxış zamanı evin pəncərələrinin qırıq vəziyyətdə olması diqqətdən yayınmayıb. Hadisə yerinə Tovuz rayon Prokurorluğunun və Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Hələlik Mayıl Nəbiyevin hansı şəraitdə öldüyü məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə