Gədəbəy sakini mübahisə etdiyi şəxsin başından bıçaqla vurub

Ağstafa sakini Qazax rayonunda bıçaqlanıb.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, Gədəbəy rayon Düz Yurd kənd sakini Ruslan Əliyev Ağstafa rayon sakini Bəşir Bilalovla şəxsi mübahisə zəminində sonuncunu bıçaqlayıb. Hadisə zamanı R.Əliyev B.Bilalova ilk olaraq qarın,daha sonra isə baş nahiyyəsindən bıçaqla xəsarət yetirib. Yaralı ətrafdakı insanların yarıdımı ilə Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Keçirilən əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən R.Əliyev saxlanılaraq istintaqa təhvil verilib. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...