Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iki qadın dünyasını dəyişib

Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Siyəzənin Zarat kəndi ərazisində qeydə alınıb.

"KamAZ" markalı yük maşını ilə "Vaz 21010" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 2 nəfər -

rayonun Çiləgir kənd sakini, 1993-cü il təvəllüdlü Savalanova Günay Şakir qızı və Yeni Həyat qəsəbə sakini Əliyeva Oksana Gülağa qızı dünyasını dəyişib.

Minik avtomobilinin sürücüsü - Çiləgir kənd sakini Savalanov Hümbət Şayəddin oğlunun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, dünyasını dəyişən Günay Savalanova sürücünün həyat yoldaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...