Noyabrın 17-də Xaçmaz şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib SİA xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmazın Bakı prospektindən keçən hissəsində baş verən qəzada "QAZ 24" markalı avtomaşınla "QAZel" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində "QAZ 24" sürücüsü hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...