Ağcabədidə minik maşını ilə mikroavtobus toqquşması bir nəfərin yaralanması ilə nəticələnib

Ağcabədidə minik maşını ilə fəhlələri daşıyan mikroavtobus toqquşub.

SİA xəbər verir ki, hadisə rayonun Poladlı kəndində baş verib.

“Mercedes” markalı minik maşını hərəkətdə olarkən onun qarşısına “Mercedes” markalı sərnişin mikroavtobusu çıxıb və toqquşma baş verib. Nəticədə “Mercedes” markalı minik maşınında olan sərnişin Səxavət Abbasov xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdrma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...