Göyçayda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçay-Bərgüşad yolunun 1-ci kilometrliyində qeydə alınıb. "QAZel" və "VAZ 21015" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...