Qax rayonunda yol qəzası baş verib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Qorağan-Qax avtomobil yolunun, Əmircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2109" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2109"un sürücüsü, Qax rayonunun Almalı kənd sakini, 1969-cu il təvəllüdlü Qiyas Cuma oğlu Yusifov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...