"NİVA" aşdı, gənc qadın hadisə yerində öldü

Göygöl rayonumda ağır yol nəqıiyyat hadisəsu qeydə alınıb.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, qəza rayonun Zurnabad kəndində qeydə alınıb. İlkin məlumata görə, sürücü idarə etdiyi "NİVA" markalı avtomobili aşırması nəticəsində maşında olan 1996-cı il təvəllüdlü Gülnur Qocayeva hadisə yerində dünyasını dəyişib. Avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Elnur Qocayev və daha bir nəfər ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Əlavə edək ki, Zurnabad kəndi dağlıq relyefdə yerləşir və avtomobilin qayadan çuxura

aşdığı ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə