Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Kürqaraqaşlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Babayeva Həqiqət Şahbaz qızı yolu keçmək istəyən zaman onu avtomobil vurub. Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...