Xəzər rayonunda dördotaqlı ev yanıb

Xəzər rayonunda ümumi sahəsi 165 kvadratmetr olan birmərtəbəli, dördotaqlı evdə güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, hadisə nəticəsində ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə