Abşeron sakininə qarşı soyğunçuluq edilib

Göyçay Rayon Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini İ.Niftiyev noyabrın 9-da axşam saatlarında şəhər ərazisində iki nəfərin onu bıçaqla hədələyib 120 manat məbləğində pulunu, mobil telefonunu və qol saatını aldığını bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla hadisənin açıq talama yolu ilə törədildiyi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakinləri Ə.Əsgərov və X.Əhmədov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...