Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb FOTO

Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər ağır xəsarət alıb.

SİA "APA"ya istinadən xəbər verir ki, hadisə Cəfər Xandan küçəsində baş verib.

99-FF-892 qeydiyat nişanlı Kia markalı avtomobil yolu keçən 1977-ci il təvəllüdlü Vəzirov Akif Həsənağa oğlunu vurub.
Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə