Goranboyda ağır yol qəzası - 5 nəfər xəsarət aldı

Goranboy rayonunda ağır yol qəzası qeydə alınıb.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Dəliməmmədli şəhəri istiqamətindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, "99 FA 111" markalı "Hyundai Santa Fe" markalı avtomobil hərəkətdə olarkən qarşı təərfədən gələn "99 BA 86" dövlət nömrə nişanlı "VAZ 21 011" markalı avtomobillə toqquşub. Qəza nəticəsində Məmmədov Hüseyn Nizami oğlu (1990), Məmmədova İlhamə Nizami qızı (1983) və Əliyev Elnur Nəriman oğlu (1988), Əliyeva Tamam Məmməd qızı (1960), Məmmədova Svetlana Yadulla qızı (1957) xəsarət alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, qəzaya "VAZ 21 011"markalı avtomobilin qəfildən "Hyundai" markalı maşının qarşısına çıxması səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...