Suraxanı rayonunda bir nəfərin ağır xəsarət aldığı yol-nəqliyyat hadisəsi zamanı sürücü qaçmağa üstünlük verib

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində baş verib.

1986-cı il təvəllüdlü Tanrıverdiyev Ayət Əliabbas oğlunu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə özəl xəstəxanaların birinə çatdırılıb. Qəzadan sonra sürücü hadisə yerindən yayınıb.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...