10 yaşlı qız dərmandan zəhərlənib

Bakıda 10 yaşlı qız dərmandan zəhərlənib. SİA-nın verdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Belə ki, 10 yaşlı A.Əlizadə evdə soyuqdəymə əleyhinə dərman qəbul edəndən sonra zəhərlənib və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə