Daşkənddə iki avtobus toqquşub ölən və yaralananlar var

Özbəkistanın Daşkənd vilayətində “İsuzu” markalı iki avtobus toqquşub. SİA-nın verdiyi məlumata görə, Akkurqan-Yanqiyul magistralında baş verən qəza nəticəsində azı 1 nəfər ölüb, 38 nəfər yaralanıb.

Bildirilir ki, sərnişin avtobusları bir-biri ilə yarışırmışlar. Nəticədə onlar yan-yana toqquşaraq aşıblar.

Hadisə ilə bağlı cinayət işi açılıb. Hər iki sürücü məsuliyyətə cəlb olunub, istintaq aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə