İranda zəlzələ qurbanlarının sayı 5 nəfərə çatıb

İranın şimal-qərbində baş verən zəlzələ qurbanlarının sayı 5 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 120 nəfər isə zərər çəkib.

Məlumata görə, zəlzələ Təbrizdən 156 kilometr cənub-şərqdə 5,9 bal gücündə qeydə alınıb.

İranın Şərqi Atrpatakan əyalətinin böhran mərkəzinin rəhbəri Məhəmməd Baker Honar, fəlakət bölgəsinə 8 xilasetmə qrupunun göndərildiyini söyləyib.

Qeyd edək ki, bundan əvvəl 4 nəfərin öldüyü, 70 nəfərin isə yaralandığını bildirilirdi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə