Agcabədidə qətl hadisəsi baş verib

Agcabədi rayonunda qətl hadisəsi törədilib. "Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayon sakini Cavid Quliyev ad günü münasibətilə keçirilən məclisdə dostu Kərim Sultanovu bıçaqlayıb.

Bir neçə bıçaq xəsarəti alan K.Sultanov rayon mərkəzi xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...