Bakıda avtoservisdən avtomobil qaçırılıb

Noyabrın 5-də saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisindəki avtoservislərin birindən qaçırılan, Bakı şəhər sakini A.Xəlilova məxsus “Mercedes” markalı avtomobil Xəzər rayonunun Binə qəsəbəsi ərazisində işıq dirəyinə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, həmin avtoservisdə usta işləyən Ə.Əliyev Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...