Maştağa sakinindən 7 kq-dan artıq marixuana götürülüb

Maştağa qəsəbə sakinindən 7 kiloqramdan artıq marixuana götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini C.Hüseynovun evindən 7 kiloqram 400 qram marixuana aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə