Mingəçevirdə usta yonduğu qəbir daşının onun üzərinə aşması nəticəsində xəsarət alıb

Mingəçevirdə daş ustası yonduğu qəbir daşının onun üzərinə aşması nəticəsində xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Samux küçəsində yerləşən qəbir daşları sexində baş verib.

1962-ci il təvəllüdlü Elman Osmanov material kimi daşı yonan zaman ehtiyatsızlıqdan qəbir daşı onun üzərinə aşıb. Nəticədə qol və ayaq nahiyəsindən müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə