Qazax rayonunda üç nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb.

Belə ki, iki minik maşınının toqquşması nəticəsində 3 nəfər - 1990-cı il təvəllüdlü Zülfiqarov Natiq Nəbi oğlu, 2016-cı il təvəllüdlü Zülfiqarova Səma Natiq qızı və 1993-cü il təvəllüdlü Musayev Rüfət Yaşar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti orta ağır olaraq qalır.

Qəzaya səbəb kimi avtomobillərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməmısi göstərilir. Faklta bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə