Sumqayıtda yolu keçmək istəyən qadını maşın vurub

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 17-ci mikrorayonda baş verib Belə ki, “Suzuki” markalı “90 OP 812” dövlət nömrə nişanlı avtomaşın yolu keçən təxminən 60-65 yaşı olan qadını vurub. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə