2 minik avtomobili toqquşdu yaralılar var

Bakıda köhnə avtomobil bazarının yaxınlığında 2 minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 32 yaşlı şəxs qapalı kəllə-beyin travması ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib. Digər yaralılara - 46 və 49 yaşlı 2 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...