Binəqədi rayonunda kişi meyiti tapılıb

Binəqədi rayonunda üzərində zorakılıq əlamətləri olmayan meyit tapılıb. SİA xəbər verir ki, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik döngə 1 ünvanında meyit tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, ölən şəxs qəsəbə sakini 1965-ci il təvəllüdlü Gennadi Sergeyeviç Petrodur.

Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə