17 yaşlı yeniyetmə ürəyindən bıçaqlanaraq öldürülüb

Gəncədə mübahisə qanla bitib.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Bağmanlar qəsəbəsində "Xan Arxı" deyilən ərazidə baş verib. Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Gəncə şəhər sakini Verdiyev Əzim Elşad oğlu ürəyindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Hələlik hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə